Arxiv
23 Sentyabr 2021, 13:12 | AKTUAL
“Sərhəddə ticarət” işçi qrupunun iclası keçirildi - FOTO

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib.

 

Modern.az xəbər verir ki, onlayn formatda baş tutan iclas 2021-ci il üçün Fəaliyyət Planının yanvar-sentyabr aylarında icra vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda olub.


İclasa işçi qrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov sədrlik edib.

 

Tədbirdə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Dövlət Gömrük Komitəsinin baş idarə və idarə rəisləri, İqtisadiyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi, eləcə də özəl sektorun nümayəndələri iştirak edib.

 

DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən islahatlar nəticəsində ölkənin iqtisadi qüdrəti sürətlə artıb, Azərbaycan regionun lider ölkəsinə çevrilib və beynəlxalq reytinqlər üzrə daim irəliləyir.

 

Ölkədə həyata keçirilən davamlı inkişaf strategiyasına “Sərhəddə ticarət” işçi qrupunun da töhfə verdiyi vurğulanıb və beynəlxalq ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə bütün zəruri addımların atıldığı qeyd olunub.

 

İsmayıl Hüseynov “Doing Business 2020” hesabatında Azərbaycanda aparılan islahatların dəyərləndirilməsi zamanı subyektiv yanaşmaların qəbuledilməz olduğunu, buna baxmayaraq, işçi qrupun islahatların davam etdirilməsi, sərhəddə ticarət əməliyyatlarının maksimum dərəcədə asan və sadə şəkildə həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.


Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov sərhəddə ticarətin sadələşdirilməsi, sürətləndirilməsi istiqamətində aparılan uzunmüddətli araşdırma və təhlillərin davam etdiriləcəyini, problemlərin müəyyənləşdirilərək həll edilməsi istiqamətində zəruri addımların atılacağını bildirib.

 

Daha sonra “Sərhəddə ticarət” işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının yanvar-sentyabr aylarında icra vəziyyətinə dair hesabatlar dinlənilib və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.
 

“Sərhəddə ticarət” işçi qrupunun iclası keçirildi- FOTO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mançesterdə Azərbaycan icması ilə görüş - FOTO 5 Dekabr 2021, 11:21 Gürcüstanda yoluxma statistikası 5 Dekabr 2021, 11:12 "Neftçi" "Sumqayıt"a qarşı 5 Dekabr 2021, 11:10 3 səfirin Qarabağa gecikmiş səfərinin PƏRDƏARXASI 5 Dekabr 2021, 11:00 Fin nazir virusa yoluxdu 5 Dekabr 2021, 10:51 İranda PUA qəzası 5 Dekabr 2021, 10:46 Ən yaxşı təqlid edən robot - Video 5 Dekabr 2021, 10:40 Müdafiə Nazirliyinin həftəlik hesabatı - VİDEO 5 Dekabr 2021, 10:30 Makrona qadın "başağrısı": Fransada ilk ola bilər... 5 Dekabr 2021, 10:27 Bakı metrosunda həyəcanlı anlar - Sərnişin qatar yoluna düşdü 5 Dekabr 2021, 10:18 Gəncədə ev yandı 5 Dekabr 2021, 10:17 İtaliyada koronavirus 5 Dekabr 2021, 10:08 Dinozavr sürüsünün qalıqları aşkarlandı 5 Dekabr 2021, 10:00 Blinken və Lavrovdan Ukrayna MÜZAKİRƏSİ 5 Dekabr 2021, 09:51 Koronavirus xəstəsi saxlanıldı 5 Dekabr 2021, 09:44 5 Dekabr - Könüllülər Günüdür 5 Dekabr 2021, 09:37 Özbəkistan beynəlxalq uçuşları dayandırdı 5 Dekabr 2021, 09:27 İndoneziya silkələndi 5 Dekabr 2021, 09:16 Saakaşvilidən azərbaycanlılara MƏKTUB 5 Dekabr 2021, 09:09 Dünyada koronavirus mənzərəsi 5 Dekabr 2021, 09:00 İraqda 5 terrorçu zərərsizləşdirildi 5 Dekabr 2021, 00:44 Hansı Avropa ölkələrində daha çox siqaret çəkilir? 5 Dekabr 2021, 00:28 Bakı və İrəvan arasındakı “barter"də kim qazandı... - TƏHLİL 5 Dekabr 2021, 00:12 Qarabağda daha bir erməni hərbçinin qalıqları TAPILDI 4 Dekabr 2021, 23:50 Dünyanın turizm paytaxtı bu şəhər olacaq 4 Dekabr 2021, 23:31 Zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil VERİLDİ 4 Dekabr 2021, 23:15 İranın nüvə obyekti yaxınlığında PARTLAYIŞ 4 Dekabr 2021, 22:59 “Ərdoğan Putinlə Zelenski arasında dialoq təşkil edə bilər” 4 Dekabr 2021, 22:44 ATƏT XİN başçılarının görüşünü keçirməyə HAZIRDIR 4 Dekabr 2021, 22:26 Keniyada avtobus çaya düşdü - 23 ölü  4 Dekabr 2021, 22:13 Ərdoğanın mitinqi öncəsi terror aktının qarşısı ALINDI 4 Dekabr 2021, 21:55 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Dekabr 2021, 21:48 “Telegram”ın işində nasazlıq 4 Dekabr 2021, 21:33 Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?