Arxiv
23 Sentyabr 2021, 17:10 | AKTUAL
Medianın İnkişafı Agentliyində görüş keçirilib

Sentyabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Tvinninq layihəsinin “İctimai maarifləndirmə kampaniyasının aparılması” adlı komponenti çərçivəsində Bakıya səfər edən avstriyalı ekspertlər Thomas Hainlen və Manuela Hargassner-Delpos, rezident tvinninq əlaqələndiricisi Laurynas Totoraitis, eləcə də Dövlət Komitəsinin İnformasiya şöbəsinin müdiri Elgün Səfərov iştirak edib.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyəti barədə məlumat verib. Mediada məişət zorakılığı məsələlərinin işıqlandırılması ilə bağlı müxtəlif məqamları müzakirə edib və bu sahədə jurnalistlərin məlumatlılığının artırılmasının əhəmiyyətini vurğulayıb.

 

Rezident tvinninq əlaqələndiricisi Laurynas Totoraitis isə media nümayəndələri üçün nəzərdə tutulan təlimlərin təşkilində MEDİA Agentliyinin rolunu xüsusi qeyd edib.

 

Görüş zamanı bildirilib ki, bu ekspert missiyası çərçivəsində məişət zorakılığı sahəsində ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqramın işlənib hazırlanması nəzərdə tutulub. Proqram Tvinninq layihəsinin ekspertlərinin dəstəyi və Dövlət Komitəsinin müvafiq əməkdaşları və media nümayəndələrinin iştirakı ilə işlənib hazırlanacaq.

 

Qeyd edək ki, tvinninq layihəsinin məqsədi məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Atası ölümcül xəstə olan uşağı üçün dərman yaratdı 17 Oktyabr 2021, 13:30 Azərbaycanda vəkilin avtomobili YANDI 17 Oktyabr 2021, 13:23 Gürcüstanda 18 Oktyabr marafonunun qalibləri müəyyənləşdi 17 Oktyabr 2021, 13:13 Şimal qonşumuzda koronavirusa yoluxmada növbəti rekord 17 Oktyabr 2021, 13:10 Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR 17 Oktyabr 2021, 13:08 Rusiyada uşaqların ölkədən çıxarılması qaydası sərtləşdirildi 17 Oktyabr 2021, 12:59 Ukraynalı deputatlar Gəncəyə getdi - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi batdı: itkin düşənlər var 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin doğum günündə ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanların yeni sayı 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Müstəqilliyimizi ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35