Modern.az

ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır

ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır

Dünya

24 Sentyabr 2021, 00:37

ABŞ-ın Nümayəndələr Palatası İsrailin "Dəmir Günbəz" raket əleyhinə müdafiə sistemləri üçün 1 milyard dollar ayrılmasına razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti məlumat yayıb.

 

Qanun layihəsi İsrail hökumətinə qısa mənzilli raket təhdidlərinə qarşı "Dəmir Günbəz" müdafiə sistemi satın alması üçün 1 milyard dollar ayrılmasını nəzərdə tutur.

 

Məlumata görə Konqresin aşağı palatasının 435 üzvündən 420-si layihəyə dəstək verib.

 

Qeyd edək ki, İsrail bu ilin may ayındakı toqquşmada Qəzzadan atılan 4350 raketin çoxunu “Dəmir Günbəz” sistemləri ilə məhv edib. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi