Modern.az

Deputat seçiciləri ilə görüşüb - FOTOLAR

Deputat seçiciləri ilə görüşüb - FOTOLAR

Aktual

24 Sentyabr 2021, 09:22

 

Sentyabr ayının 23-də Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.

 

Modern.az xəbər verir ki, deputat öncə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla birgə şəhidlər xiyabanını, şəhid Famil Əhmədzadənin məzarını ziyarət ediblər. Onun doğum gününü qeyd etməyə İsmayıllı rayonundan olan şəhidlərin valideynləri, qohumları, rayon ictimaiyyətinin nümayəndələri də gəliblər. Sonra şəhid Famil Əhmədzadənin adını daşıyan küçəyə baş çəkilib, yaşadığı evdə onun keçdiyi şərəfli yolu əks etdirən ev muzeyi ilə tanış olublar.

 

Daha sonra Talıstan kəndində şəhid Səməd Hüseynzadənin ailəsinə baş çəkərək atasıının vəfatı ilə əlaqədar başsağlığı veriblər. 

 

Günün ikinci yarası Novruz Aslanov İsmayılı şəhərindəki ofisində sanitar-epidemioloji tələblərə riayət olunaraq seçicilərinin qəbulunu keçirib. 40-a yaxın seçicinin iştirak etdiyi qəbulda əsasən sosial yönümlü məsələlər müzakirə olunmuş, bir neçə məsələ yerindəcə həll edilib, digər məsələlər qeydə alınaraq əlaqədar qurumlara göndərilməsi nəzərdə tutulub. 

 

Sakinlərlə söhbətində deputat 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfər qazanan ordumuzun qəhrəman əsgər və zabit heyətinin sarsılmaz iradəsini, qələbə əzmini və yüksək döyüş məharətinin bütün dünyaya nümayiş etdirdiyini xüsusilə vurğulayıb. Həmçinin, Vətən Müharibəsində bütün bölgələrdən olan igid oğullarımızla yanaşı İsmayıllıların da qəhrəmanlıqlarından söhbət açan deputat şəhid ailələrinə və müharibə iştirakçılarına dövlətin göstərdiyi qayğıdan söhbət açıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub