Modern.az

Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi

Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi

Aktual

25 Sentyabr 2021, 13:54

Zərdabda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Məhərrəm Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində Rafael Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, M. Aslanov 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il mart ayında rayonun Təzəkənd kəndində qeydə alınıb.

 

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı