Modern.az

"Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb

Aktual

25 Sentyabr 2021, 16:00

"Taliban" Əfqanıstanla Tacikistan sərhədində yerləşən Tahar əyalətinə minlərlə xüsusi təyinatlı əsgər toplayıb.

 

Modern.az-ın məlumatına görə, bunu "Taliban"ın mətbuat katibi Zabihulla Mücahid öz "Twitter" səhifəsində yazıb.

 

O bildirib ki, xüsusi təyinatlılar əyalət ərazisində təhlükəsiziyin təmin olunması üçün bölgəyə cəlb olunub.

 

Qeyd edək ki, "Taliban" hərəkatı avqustun əvvəlindən etibarən Əfqanıstanda nəzarəti ələ keçirməyə başlayıb. Avqustun 15-də paytaxt Kabil ələ keçiriləndən sonra prezident Əşrəf Qani ölkəi tərk edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı