Modern.az

Türkiyədə kəfənli aksiya keçirildi

Türkiyədə kəfənli aksiya keçirildi

Dünya

26 Sentyabr 2021, 08:45

Türkiyədə son iki ildə velosiped sürənlərdən 285 nəfərin yol qəzalarında həyatını itirmələri ilə bağlı statistika açıqlandıqdan sonra digər velosiped istifadə edənləri hərəkətə keçirib.

 

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, İzmirdə bu məqsədlə velosipedçi dərnəkləri kəfən geyərək aksiya gerçəkləşdiriblər.

 

Aksiyada keçən il velosiped qəzasında həyatını itirən Zeynep Aslanın ailəsi də aksiyaya qatılıb.

 

Onlar velosiped sürərkən diqqətli olmağı, özlərinin və digərlərinin həyatlarını təhlükə altına atmamağı həmkarlarından xahiş ediblər.

 

Veloqəzalarda həyatlarını itirinlərə diqqət çəkmək üçün aksiyaçılar velosipedlərini yerə aşırıblar və kəfən geyərək asfalta uzanıblar. 

 

Aksiyaçılar pankart da açıblar. Onlar pankartlarda aidiyyatı qurumlardan yol qəzalarında velosiped sürənlərin ölümünün qarşısını almaq üçün tədbir tökmələrini istəyiblər.

Turan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir