Modern.az

Ordumuz 30 illik Qarabağ həsrətinə 44 gündə son qoydu

Ordumuz 30 illik Qarabağ həsrətinə 44 gündə son qoydu

27 Sentyabr 2021, 16:37

Bir il öncə Ermənistanın növbəti və genişmiqyaslı hərbi təxribatlarına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları 44 gün ərzində işğalçının torpaqlarımızdan qovulması və kapitulyasiyaya uğraması ilə nəticələndi. Azərbaycan xalqı, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən işğala, məğlubiyyət sindromuna son qoydu, bizə tariximizin ən böyük qələbəsini qazandırdı.

 

Bu sözləri Modern.az-a açıqlamasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətini şərh edən millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

İkinci Qarabağ müharibəsinin Azərbaycan xalqının, dövlətinin şanlı tarixi olduğunu qeyd edən millət vəkili müqəddəs Zəfərə aparan yolun böyük çətinliklərdən keçdiyini, lakin xalq-lider-ordu birliyinin bütün maneələrə sinə gərərək tarixi qələbəyə imza atdığını bildirib:

 

“Cənab Prezidentin də qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan Prezidenti, xalqımız, döğvlətimiz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadı, güc topladı, ordumuzu, ölkə iqtisadiyyatını gücləndirdi, ölkəmizin nüfuzunu qaldırdı və öz tarixi missiyasını şərəflə, cəsarətlə yerinə yetirdi. Düşmən üzərində mütləq qələbə çalmaqla, ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan həm də beynəlxalq hüququn norma və prinsiplərini, ilahi ədaləti bərqərar etdi, haqqa, ədalətə xitmət edən gücün nümunəsini yaratdı”.

 

Azər Kərimli Azərbaycan xalqının yalnız irəliyə, gələcəyə doğru baxdığını, münaqişənin də, müharibənin də tarixdə qaldığını vurğulayıb:

 

“Dövlətimizin başçısı xalqa müraciətində Azərbaycanın prinsipial və vazkeçilməz mövqeyini bir daha ifadə edərək, ölkəmizdə  “Dağlıq Qarabağ” adlı inzibati ərazinin mövcud olmadığını bildirdi və qeyd etdi ki, əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın, biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, hər kəs xalqının iradəsinə, ədalətə, haqqa, beynəlxalq hüquqa söykənərək 30 ilə yaxın davam edən işğala, diplomatik və siyasi riyakarlığa, süründürməçiliyə, milli qürurumuzun aşağılanmasına son qoyan liderlə hesablaşmalıdır”.

 

Şəhidlərin müqəddəs ruhu qarşısında baş əydiyini bildirən millət vəkili onların qisasının Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri tərəfindən döyüş meydanında alındığını vurğulayıb: “Azərbaycan Ordusu təkcə milli qürurumuzu, ləyaqətimizi yüksəklərə qaldırmadı, həm də ləyaqətlə döyüşməyin nümunəsini göstərdi və bu nümunə igidlərimizin qəhrəmanlığı kimi, daim yaddaşlarda qalacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi