Arxiv
28 Sentyabr 2021, 11:23 | PARLAMENT
Spiker: "Azərbaycan parlamenti TÜRKPA-nın inkişafına xüsusi diqqət ayırıb"

Sentyabrın 28-də Qazaxıstan Respublikasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Şurasının iclasında iştirak edib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, tədbirdə açılış nitqi söyləyən TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova xatırladıb ki, qurumun 2019-cu ildə Bakıda keçirilən 9-cu plenar iclasında təşkilata sədrlik Türkiyə parlamentindən Azərbaycan parlamentinə  keçmişdi. Ötən dövrdə TÜRKPA-nın işinin səmərəli qurulması və gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Bu gün isə Qazaxıstan tərəfi TÜRKPA-ya sədrlik missiyasını öz üzərinə götürür.

 

Sədrliyi Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinə təhvil verən Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova həmkarına uğurlar arzulayıb.

 

Sonra Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında Azərbaycanın bu quruma sədrlik etdiyi dövrdə (dekabr 2019-sentyabr 2021) görülmüş işlərə dair məlumat verib.

 

Çıxışında ötən ilin payızında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsindən söz açan Sahibə Qafarova bildirib ki, nəticədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü bərpa olunub, regionda tamamilə yeni geosiyasi mənzərə yaranıb.

 

İkinci Qarabağ müharibəsi dövründə TÜRKPA-nın göstərdiyi fəaliyyəti yüksək qiymətləndirən Azərbaycan parlamentinin rəhbəri cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər şəhərlərinə, Ermənistanın ballistik raketlər və kasetli mərmilərlə atəşə tutduğu digər yaşayış məskənlərimizə TÜRKPA Katibliyi əməkdaşlarının çoxsaylı səfərlər etməsini, gerçəkliyi əks etdirən məlumatların və foto materialların beynəlxalq təşkilatlara göndərilməsini qeyd edib. Bildirib ki, Ermənistan tərəfindən mülki şəxslərə qarşı törədilən terror aktları və hərbi cinayətlər TÜRKPA tərəfindən şiddətlə qınanılıb və müvafiq bəyanatlar verilib, Assambleya münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiyini qətiyyətlə bəyan edib.

 

Sonra TÜRKPA-dakı həmkarlarına hesabatı təqdim edən Sahibə Qafarova bildirib ki, ötən dövrdə COVİD-19 pandemiyası səbəbindən bəzi tədbirlər təxirə salınsa da, əksər tədbirlər, o cümlədən komissiya iclasları onlayn formatda keçirilib. Dayanıqlı iqtisadi bərpanın formalaşdırılmasında regionlararası əməkdaşlığa həsr olunmuş videokonfransda pandemiyanın nəticələrinə qarşı birgə mübarizə aparılması, “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpoziumda türk əməkdaşlıq təşkilatları çərçivəsində gələcək iş birliyinin perspektivləri müzakirə edilib, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərin türk dünyası üçün əhəmiyyətindən bəhs olunub. 

 

Şura üzvlərinə məlumat verilib ki, İstanbul Sazişinə istinadən, qurumun komissiyalarında üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması diqqətdə saxlanılıb. Bu günədək hazırlanan 6 model qanundan beşini Azərbaycan, birini isə Türkiyə parlamenti təqdim edib. Məruzəçi qurumdakı bütün parlamentləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

 

Spiker S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan parlamenti TÜRKPA-nın institusional inkişafına da xüsusi diqqət ayırıb. Sədrliyimiz dövründə qurumun hüquqi bazasının cari vəziyyəti, hüquqi sənədlərinin təkmilləşdirilməsi yolları müzakirə edilib. Qadın Parlamentarilər Qrupu, Gənc Parlamentarilər Qrupu və Model qanun haqqında Əsasnamələr hazırlanaraq komissiyalarda baxılıb, plenar iclasa təqdim olunub. Azərbaycan Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə beynəlxalq əməkdaşlıq əlaqələri xeyli genişlənib.

 

Azərbaycanın sədrliyi dövründə qurumun fəaliyyəti barədə Şurada ətraflı məlumat verən Sahibə Qafarova yaxın gələcəkdə TÜRKPA-nın genişlənəcəyinə, tam hüquqlu üzvlərin artacağına  inamını ifadə edib.

 

Sonra Şuranın gündəliyində dayanan digər məsələlər, TÜRKPA-nın hüquqi sənəd layihələri, model qanun layihələri, seçkilər və referendumlar haqqında hesabatlar, təşkilati məsələlər, növbəti ildə təşkilatın fəaliyyəti, plenar iclasın gündəliyi və digər sənədlər təsdiq olunub.

 

Bununla da TÜRKPA-nın Şura iclası başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05