Modern.az

Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ

Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ

28 Sentyabr 2021, 17:20

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

 

Qeyd edək ki, görüşdə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradov da iştirak edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir