Arxiv
6 Oktyabr 2021, 07:40 | ANALİTİKA
Tehran rusların qapısını döyür: Abdullahianın Moskvaya təcili səfəri - TƏHLİL

İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian Rusiyada səfərdədir: Lavrovla görüşdə regionu müzakirə edəcək; Tehran Cənubi Qafqazda statusunun nə olacağını anlamaq üçün son qapını döyür;

 

Abdullahian Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, “Tehran Moskvadan regionda “sionistlər və terrorçular”ın mövcudluğuna reaksiya gözləyir”.

 

İsrailin bölgədə mövcudluğunu iddia edən İranın “terrorçular” açıqlamasının iki mənası var:

 

Birincisi, mümkün müdaxiləyə əsas yaratmaq məqsədilə beynəlxalq siyasətdə artıq ənənəyə çevrilən “təhlükəyə” istinad edir;


İkincisi, “terrorçular” ifadəsi burada Türkiyə və Pakistana işarədir;

 

İran Türkiyənin adını hallandırmaqla milli kəsimin (Arazın hər iki tərəfində) etirazını körükləmək, o cümlədən, Türkiyə və Pakistanı birbaşa qarşısına almaq istəmir: “sionist” iddiası ilə dini kəsimi “ümumi düşmənə” qarşı birləşdirməyə, “terrorçu” iddiası ilə regional təhlükənin olduğu rəyini göstərməyə cəhd edir;

 

Tehranın Moskvadan əsl istəyi də bəllidir: Zəngəzur dəhlizinin qarşısını almaq; İranın bölgədə statusunu aydınlaşdırmaq;

 

Abdullahianın “Lavrovla görüşdə biz Cənubi Qafqazdakı proseslər haqqında mövqelərimizi çatdırmaq niyyətindəyik. Gözləyirik ki, Rusiya regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya verəcək” açıqlamasında da niyyət etiraf olunur.

 

İran Zəngəzur dəhlizi ilə yanaşı, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının reallaşmasına da qarşı çıxır: hesab edir ki, bu proses Bakının Zəngəzur üzərində təsir imkanlarını artıracaq və Tehranın Cənubi Qafqaza girişi tamamilə bloklanacaq; əslində Bakının təsir imkanlarının güclənməsi reallığı var, lakin Azərbaycan bundan hansısa üçüncü ölkəyə qarşı yox, regional əməkdaşlıq üçün istifadə etmək niyyətindədir; Tehran Bakıdan asılı vəziyyətə düşməyi qəbul etmir;

 

Abdullahianın Moskvaya səfəri iki nəticəni çıxarmağa imkan verir:

 

  • 1. Ermənistanla danışıqlarda (Ermənistan XİN rəhbəri Mirzoyanın Tehran səfəri) istədiklərini ala bilməyiblər və İrəvan qərarverici qapının Moskva olduğuna işarə vurub;

  • 2. Soçi görüşündə (görüşdən öncə və sonra yazdığımız kimi) Ərdoğanla Putin Suriya və Cənubi Qafqaz üzərində anlaşma əldə edib və bu, anlaşma Tehranın bölgəyə girişini əngəlləyir: Abdullahian rusların mövqeyini dəyişməyə çalışacaq;
  • Qafqazda gərginlik pik həddə çatdığı vaxt Əsəd ordusunun İdlibə hücum hazırlığına dair məlumatların yayılması da diqqət çəkir: Suriya rejimi Soçi görüşündən öncə rusların dəstəyi ilə İdlib razılaşmasını pozurdu, Soçidə anlaşmadan sonra isə Əsədi İran dövriyyəyə buraxır; Əsəd Soçi razılaşmasından narazıdır və Tehran Cənubi Qafqaz cəbhəsinə paralel olaraq, Suriya cəbhəsini də açır və hər iki cəbhədə qarşısında Ankara ilə Moskva var;

     

    İranın son ümidi Putin-Paşinyan görüşünə qədərdir, hərçənd, nəticə hasil etmək çətin görünür. Qarabağ münaqişəsinin həllində birgə iştirak edən tərəflər bölgənin gələcəyinə də birgə qərar verdilər və bu gələcəkdə İran yoxdur.

     

    Asif Nərimanlı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10 Ramil Səfərov barəsindəki iddialar TƏKZİB OLUNDU 4 Dekabr 2021, 14:57 İlham Əliyev kralı təbrik etdi 4 Dekabr 2021, 14:48 Güləş Federasiyasının ofisindən oğurluq edənlər saxlanıldı 4 Dekabr 2021, 14:46 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHI 4 Dekabr 2021, 14:44 Ordumuzun komando hərbi hissəsinə “Həyəcan” siqnalı verildi - VİDEO 4 Dekabr 2021, 14:40 Rusiya sülhməramlıları görün Qarabağda nəylə məşğuldu... 4 Dekabr 2021, 14:20 Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI 4 Dekabr 2021, 13:58
    SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?