Arxiv
8 Oktyabr 2021, 17:04 | PARLAMENT
“Misir Mərdanov təhsilimizi darmadağın edib” - Deputat

“Misir Mərdanovun Təhsil Nazirliyi yanında İctimai Şura barədə səsləndirdiyi fikirlər məni çox təəccübləndirdi. Əslində biz heç öz sıralarımızda Misir Mərdanov kimi adamı görmək istəmirik”. 


Bu sözləri Modern.az-a deputat, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev sabiq təhsil naziri Misir Mərdanovun bu qurum barədə tənqidi fikirlərinə münasibət bildirərkən deyib.

 

Deputatın sözlərinə görə, Misir Mərdanov Azərbaycan təhsilini darmadağın edənlərdən biridir:

 

“Onun kimi yaltaq, riyakar, rüşvətxor bir insan bizim sıralarımızda ola bilməz. Misir müəllimin 75 yaşı tamam olub, deyəsən, ağlı çaşıb. Onu kimlə müqayisə edirlərsə etsinlər, amma Mehdizadə ilə etməsinlər, ayıbdır. Mehdizadə çox pak, peyğəmbər kimi insan olub. Orta təhsilin inkişafında böyük rol oynayıb. Misir Mərdanov isə təhsili dağıdan bir adam olub. 

Onun işlədiyi dövrdə Təhsil şöbələri müdirlərinin, məktəb direktorlarının rüşvətlə təyin olunması dillər əzbəri idi. Mən nazirlikdə işləyəndə bunların şahidi olmuşam.
İndi biz Misir müəllimi heç İctimai Şuranın qapısından içəri buraxa bilmərik. Onun İctimai Şura üzvlüyünə namizədliyindən söz gedə bilməz”.

 

E.Əliyev deyib ki, Misir Mərdanovu tərifləyənlər elə onun öz adamlarıdı:

 

“Heç onun namizədliyinin olması üçün bir əsas da yoxdur. Onun orda xeyli adamları var. Bəs onlara niyə münasibət bildirmir. Asif Cahangirov, Elmin Kazımzadə kimiləri onun adamlarıdır.  

Azərbaycan təhsil sistemini dağıdan bir adamla mən eyni ortamda ola bilmərəm. 

Misir Mərdanovu tərifləyənlər bunu məqsədli şəkildə edir. Hansısa əsaslarla təyin etdiyi adamlar onu tərifləyir. Onun danışdığı şeylər yalandır. Heç onun İctimai Şurada təmsil olunmağa haqqı da yoxdur”.

Xatırladaq ki, Misir Mərdanov Modern.az-a bugünkü açıqlamasında bildirib ki, o, hazırda İctimai Şurada təmsil olunan şəxslərlə bir sırada görünmək istəmir:


“Mən hazırda həmin İctimai Şurada çalışan adamlar arasında olmaq istəməzdim. İctimai Şuranın sədri (Şahlar Əsgərovu nəzərdə tutur-red.) deyir ki, o, Allahın olduğunu sübut edib. Belə söz danışan adamı şuraya sədr qoymaq olarmı?
Mən olan yerdə belə adamlar ola bilməz. Məndən soruşsalar, deyərəm ki, ora kim layiqdir, kim yox. Həm də mənim o qədər işim var ki, özümü həmin quruma üzv etmək istəmirəm”.

Sabiq nazirin sözlərinə görə, İctimai Şuradakı şəxslərlə təhsili inkişaf etdirmək olmaz.

“Çoxları yaltaq, qorxaq adamdır, söz deyən deyil. Belə iş görmək olmaz”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“ASAN Xidmət”də işlə təmin olunan şəhid ailələrinin SAYI 8 Dekabr 2021, 12:36 Minaların təmizlənməsi üçün ölkəyə gətirilən mallar vergidən azad olunur 8 Dekabr 2021, 12:30 “YAŞAT” Fondu hesabat verdi - 1 ildə toplanan vəsait hara XƏRCLƏNİB 8 Dekabr 2021, 12:28 Nazir müavini Soçi razılaşmadan DANIŞDI 8 Dekabr 2021, 12:23 XİN-də işləmək istyənlər üçün sınaq İMTAHANI 8 Dekabr 2021, 12:20 Xocavənddə əsir düşən diversantlar İrəvanda danışdılar: “Bizim 62 nəfərlik qrupu “Yaşma”nın 7-8 əsgəri saxladı” 8 Dekabr 2021, 12:15 İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir 8 Dekabr 2021, 12:12 Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu ARTIRIR 8 Dekabr 2021, 12:09 Manatın ucuzlaşması gözlənilir? - Rəsmi cavab 8 Dekabr 2021, 12:04 Salyanın bu kəndinin elektrik şəbəkəsi tam yenilənir - VİDEO 8 Dekabr 2021, 12:00 Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı araşdırmalar aparılır 8 Dekabr 2021, 11:55 Azərbaycan nefti 3 dollardan çox bahalaşdı 8 Dekabr 2021, 11:50 “Bizim istinad etdiyimiz məlumatların hamısı sübutlar əsasındadır” 8 Dekabr 2021, 11:47 Fərid Mansurov Akademiyaya prorektor TƏYİN OLUNDU 8 Dekabr 2021, 11:44 Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq 8 Dekabr 2021, 11:40 Nazir müavini Azərbaycanda saxlanılan erməni əsirlərdən DANIŞDI 8 Dekabr 2021, 11:35 “Ermənistan mina xəritələri ilə bağlı qeyri-səmimi mövqedən çıxış edir” - Elnur Məmmədov 8 Dekabr 2021, 11:33 Azərbaycan məhkəmədə parkın mahiyyətini və məqsədini ətraflı izah edib - Nazir müavini 8 Dekabr 2021, 11:30 Vahid Əhmədovla Pro Söhbət - Elçibəy hakimiyyətdən gedəcəyini bilirdi   8 Dekabr 2021, 11:30 Payızlıq əkinlərin bəyanı davam edir - FOTOLAR 8 Dekabr 2021, 11:27 İnkişaf istəyiriksə, dəyişikliyə getməliyik 8 Dekabr 2021, 11:24 Bizim şikayətimizə Avropa Məhkəməsində baxılacaq - Elnur Məmmədov 8 Dekabr 2021, 11:20 2024-cü ildə Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq 8 Dekabr 2021, 11:14 Qadınlarla kişilərin əmək haqqında fərq var - NAZİR 8 Dekabr 2021, 11:09 Diasporumuzu yaşadan Azərbaycan dili məktəbləri... 8 Dekabr 2021, 11:06 Xarici işlər nazirinin müavini brifinq keçirir - CANLI 8 Dekabr 2021, 11:03 Döyüş sınağı ləyaqət və mətinlik İMTAHANIDIR 8 Dekabr 2021, 11:00 Nazir idmançılara ev və “Mercedes S-Class” verəcək - Foto 8 Dekabr 2021, 10:55 Spikerin sözündən qəzəblənən ermənilər dövlət binasını mühasirəyə aldı 8 Dekabr 2021, 10:50 Bu il 230 min şəxs işlə təmin edilib 8 Dekabr 2021, 10:46 “Şəhərdən Kəndə”dən daha bir təsərrüfata DƏSTƏK 8 Dekabr 2021, 10:43 Gənclər öz ixtisaslarına uyğun iş tapmır – Sahil Babayev 8 Dekabr 2021, 10:40 Sahibkarlar ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər 8 Dekabr 2021, 10:38 Rusiya Ukraynaya hücum edəcəkmi? - ŞƏRH 8 Dekabr 2021, 10:36 “Azərenerji” payız-qış mövsümünə hazırdır 8 Dekabr 2021, 10:34
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?