Arxiv
12 Oktyabr 2021, 07:14 | ÖLKƏ
Qorxmaz Hüseynov HARALARDADIR…

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Qorxmaz Hüseynovu yəqin ki xatırlayırsınız?

Qorxmaz müəllim indi haralardadır?


Modern.az-ın əməkdaşı Qorxmaz Hüseynova yaxın mənbələrdən keçmiş sədrin harada olduğunu dəqiqləşdirməyə çalışıb.

Bildirilib ki, Qorxmaz Hüseynov hazırda işsizdir, evində dincəlir.

Qeyri-rəsmi mənbələrdən verilən məlumatda isə Q.Hüseynovun biznes obyektlərinin olduğu və hazırda onların idarə edilməsini həyata keçirdiyi bildirilir.


Xatırladaq ki, Qorxmaz Hüseynov ölkə başçısının 4 may 2021-ci il tarixli sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

O, “Azərsu” ASC-nin sədri vəzifəsində 2011-ci ilin fevral ayından işləyirdi.

Q.Hüseynov 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub.

1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub.

1983- 85-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

1989-cu ildə Neft və Kimya İnstitutunu, 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə “Neft daşları”  NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə “28 May”  NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi vəzifələrində çalışıb.

1995-1997-ci illərdə “Qum adası” NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi vəzifəsində çalışıb.

1997- 2003-cü illərdə “Xəzərdənizneftqaztikinti” trestinin müdir müavini, 2003-2006-cı illərdə müdiri işləyib.

2006- 2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi olub.

2008-2011-ci illərdə ARDNŞ-nın sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə irəli çəkilib.

Prezidentin 16 fevral 2011-ci il tarixli sərəncamı ilə “Azərsu” ASC-nin sədri vəzifəsinə təyin olunmuşdu.

Ailəlidir, iki övladı var.


A.Qorxmaz

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“ASAN müraciət”in Əsasnaməsi TƏSDİQLƏNDİ   9 Dekabr 2021, 15:20 Vidadi Muradov çayçını şirkət direktoru təyin edib - MƏHKƏMƏ 9 Dekabr 2021, 15:14 Nazirlikdəki islahatlar davamlı olacaq 9 Dekabr 2021, 15:10 Spiker Mustafa Şentopla görüşüb 9 Dekabr 2021, 15:06 Aşıq Ələsgərin nəvəsinin təklifinə metropolitendən REAKSİYA 9 Dekabr 2021, 15:00 Nizami rayonuna su verilməyəcək 9 Dekabr 2021, 14:55 Ruslan Əliyev sualları cavablandıracaq 9 Dekabr 2021, 14:50 Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu 9 Dekabr 2021, 14:45 Azərbaycan hər zaman zəfərlərə yol açacaq 9 Dekabr 2021, 14:40 İranda 78 nəfər koronavirusdan öldü 9 Dekabr 2021, 14:36 Tovuz çayı üzərində körpü tikilir - FOTOLAR 9 Dekabr 2021, 14:32 Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR 9 Dekabr 2021, 14:28 Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var 9 Dekabr 2021, 14:23 Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?