Arxiv
12 Oktyabr 2021, 15:56 | MƏDƏNİYYƏT
Seyid Ocaqlarından İrana ETİRAZ

Azərbaycanın Seyid Ocaqları bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda deyilir:

 

“Uca Allahın adı ilə!

 

Əsrlərdir ki, xalqımızın ehtiram bəslədiyi şəcərəli Əhli-Beyt mənsubları olan Azərbaycanın müqəddəs Seyid Ocaqları olaraq bəyan edirik:

 

30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın tarixi torpaqları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qalib Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsi tarixi zəfərlə nəticələndi.

 

Azərbaycan Ordusunun imana silah kimi sarılan qəhrəman zabit və əsgərləri bu haqlı savaşımızda öz canları və qanları hesabına tarix yazaraq şəhid və qazi oldular. Müharibə dönəmində qardaş və dost ölkələr Azərbaycana siyasi və mənəvi dəstək verdiyi halda qonşu və müsəlman ölkəsi olan İranın tutduğu yanlış mövqe Azərbaycanın Əhli-Beyt təmsilçiləri tərəfindən hiddətlə qarşılandı. Seyid Ocaqları olaraq təəssüf edirik ki, tarixi zəfərdən sonra da rəsmi İranın və bu ölkədəki din adından çıxış edən müxtəlif mərkəz və şəxslərin müsəlman ölkəsi olan Azərbaycana qarşı davranışları və çıxışları davam edir. Həmçinin İran hökumətinin və oradakı müxtəlif dairələrin işğalçı Ermənistana və Qarabağdakı separatçılara dəstəyini görməkdəyik.

 

İslam dünyasında özünü Əhli-Beyt himayəçisi kimi göstərən İranın həqiqi Əhli-Beyt yurdu olan Azərbaycana deyil, vaxtı ilə işğal altındakı tarixi torpaqlarımızda mövcud olan məscidlərimizdə donuz bəsləyən və xalqın and yeri sayılan Seyidlərin ziyarətgahlarını təhqir edən təcavüzkar Ermənistana 30 il ərzində dəstək verməsi Allahın hökmlərinə zidd əməldir. Belə ki, Uca Yaradan müqəddəs kitabımız Qurani-Kərimin Mümtəhinə surəsinin 1-ci ayəsində buyurur: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz...”

 

İranın Allah evlərini təhqir etmiş Ermənistana bu cür münasibəti həm də Azərbaycandakı Peyğəmbər (s) və Əhli-Beyt sevərlərinə qarşı təhqir və hörmətsizlikdir. Biz illərdir ki, İranın və oradakı təxribatçı mərkəzlərin Azərbaycana qarşı haqsız mövqeyinin dəyişəcəyinə ümid etsək də, lakin bunun əksini gördük.

 

Azərbaycan Əhli-Beyt təmsilçiləri olaraq son günlər İranın və oradakı təxribatçı mərkəzlərin ölkəmizə qarşı davamlı səsləndirdiyi əsassız və sübutsuz iddiaları hiddət və qəzəblə rədd edirik. Xalqın ehtiram və sevgi bəslədiyi Azərbaycan Seyid Ocaqları olaraq bəyan edirik ki, dünyəvi ölkə olan Azərbaycanda milli və mənəvi dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövlətdir. Ölkəmizdə Peyğəmbər (s) və Əhli-Beyt irsinin yaşadılmasının və mühafizə olunmasının əsl təminatçısı isə Qarabağın Fatehi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özüdür. Bizlər üçün Azərbaycanın dövlət və milli maraqlarını müdafiə etmək iman məsələsidir!

 

Azərbaycan Əhli-Beyt mənsubları olaraq, müsəlman ölkəsi olan İrandan qətiyyətlə tələb edirik ki, təcavüzkar Ermənistana verdiyi bütün dəstəyi mütləq şəkildə dayandırsın və Azərbaycanla qonşuluq münasibətlərinə zərər vuran addımlardan dərhal geri çəkilsin.

 

Unutmasınlar ki, müsəlman qardaşına qarşı edilən haqsızlıq Allah tərəfindən cavabsız qalmayacaqdır!".

 

Qeyd edək ki, bəyanatı təşkilatın adından Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli imzalayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00 Ağdam və Cəbrayılda məktəb layihələndirilməsi aparılır 9 Dekabr 2021, 12:55 Şuşada iki nəfər minaya düşərək həlak oldu 9 Dekabr 2021, 12:50 Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərimizə hücum etdi - FOTOLAR 9 Dekabr 2021, 12:45 Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov 9 Dekabr 2021, 12:40 Putinin yeni PLANI - Moskva hədəfi nəyə hesablayıb? - ŞƏRH 9 Dekabr 2021, 12:36 Rusiyaya saxta COVID-19 pasportu aparmaq istəyən şəxsə cinayət işi açıldı 9 Dekabr 2021, 12:30 Səhiyyə Nazirliyindən “omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ 9 Dekabr 2021, 12:25 6 ildən sonra cəsədi tapılan neftçinin oğlu: “Sabah dəfn edəcəyik” 9 Dekabr 2021, 12:21 Əhalinin 60 faizdən çoxuna ikinci doza peyvənd vurulub - Baş infeksionist 9 Dekabr 2021, 12:15 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 9 Dekabr 2021, 12:10 Əhməd İsmayılov Media Ombudsmanından danışdı 9 Dekabr 2021, 12:05 Ağdamda döyüş sursatları aşkarlandı - FOTO 9 Dekabr 2021, 12:00 “Qarabağa gəlmə ermənilərin dialekti” kitabı çıxdı 9 Dekabr 2021, 11:59 Tələbələrin rəsm əsərləri Forumda maraqla qarşılanıb 9 Dekabr 2021, 11:56 “Bakı Media həftəsi” keçiriləcək - İcraçı direktor 9 Dekabr 2021, 11:53 Goranboyda vətəndaşların qəbulu keçirilib 9 Dekabr 2021, 11:50 Özünü göstərən “silah”lı şəxslərlə bağlı DİN-dən AÇIQLAMA 9 Dekabr 2021, 11:47 Klinik Tibbi Mərkəzə yeni TƏYİNAT 9 Dekabr 2021, 11:43 Jurnalist müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq... 9 Dekabr 2021, 11:40 Ordumuzun Zəngəzurda irəlilədiyi mövqelərin görüntüləri yayıldı - VİDEO 9 Dekabr 2021, 11:35
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?