Arxiv
12 Oktyabr 2021, 18:36 | DİASPOR
Ukraynalı bloger: Azərbaycan regionda söz sahibinə çevrilib

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyevdəki mərkəzi ofisində ukraynalı siyasətçi və bloger Yuri Romanenko ilə görüş keçirilib.

 

Görüş zamanı UAR baş katibi Ceyhun Məmmədov qonağa Azərbaycanın zəfər yolu və UAR ofisində davam edən "Qarabağda Urbisid" adlı sərgi barədə müfəssəl məlumat verib. Erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri, döyüş xəttindən kənarda yerləşən Gəncə və digər şəhərlərin Ermənistan Silahlı Qüvvələri tərəfindən bombardman edildiyi, raket zərbələri nəticəsində təkcə Gəncədə 27 nəfər dinc sakinin həlak olduğu, 125 nəfərin yaralandığı, bu dəhşətli terror aktlarına baxmayaraq, Azərbaycan tərəfinin mülki erməni əhalisinə atəş açmadığı nəzərə çatdırılıb.

 

Y.Romanenko deyib ki, 44 gün davam edən müharibədən sonra Qarabağı tam gəzən ekspertlərdən biri kimi azad olunan ərazilərin Xirosimanı xatırlatdığına şahid olub. “Qarabağı gəzəndə hiss edirsən ki, bu torpaqlar dinc məqsədlər,  insanların yaşaması üçün işğal edilməyib. Orada daşlar belə oğurlanıb”, - deyə ukraynalı siyasətçi vurğulayıb.

 

Qarabağın yenidən qurulması və abadlaşdırılması üçün irimiqyaslı layihələrin  sürətlə və yüksək keyfiyyətlə həyata keçirildiyini məmnuniyyətlə qeyd edən qonaq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu siyasi və iqtisadi kurs ölkəni regionda söz sahibinə çevirib. Əlavə edib ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və Türkiyə amili böyük əhəmiyyət kəsb edir: “Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna birliyi bölgədə iqtisadi inkişafa güclü təkan verə bilər”.

 

Görüşün sonunda UAR baş katibi Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərə, hazırladığı videomaterial və analizlərə görə ukraynalı siyasətçiyə təşəkkür edib.

 

Qeyd edək ki, Y.Romanenko “Gələcək naminə Ukrayna İnstitutu" (Ukrainian Institute for the Future) analitik mərkəzinin həmtəsisçisi, "Beynəlxalq və Daxili Siyasət" proqramının direktoru, "Dalğa" (Hvyla) analitik portalının baş redaktoru, siyasətçi və blogerdir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58 Pakistan prezidenti İlham Əliyevi təbrik etdi 28 Noyabr 2021, 16:49 III doza vaksin VURDURANLAR 28 Noyabr 2021, 16:40
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?