Modern.az

Üç Milli Parkın direktoru işdən çıxarıldı

Üç Milli Parkın direktoru işdən çıxarıldı

Aktual

13 Oktyabr 2021, 13:04

2021-ci ilin ötən dövrü ərzində vəzifəsindən azad edilən Milli Park direktorlarının sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

 

Onun sözlərinə görə, 2021-ci ilin ötən dövrü ərzində öz vəzifə funksiyalarını layiqincə yerinə yetirə bilməyən əməkdaşlar olub:

 

“Bu ilin ötən dövrü ərzində üç Milli Parkın direktorunun əmək müqaviləsinə xitam verilib, bir neçə əməkdaş barəsində isə inzibati qaydada tədbir görülüb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır