Modern.az

Almaniya və Türkiyə "Taliban"la bağlı razılığa gəldi

Almaniya və Türkiyə

Dünya

16 Oktyabr 2021, 19:36

Almaniya və Türkiyə Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı ilə danışıqları davam etdirmək barədə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkel Ərdoğanla birgə keçirilən mətbuat konfransı zamanı məlumat verib.

 

O qeyd edib ki, görüşlər zamanı Əfqanıstandakı vəziyyət müzakirə edilib.

 

"Əfqanıstan sakinlərinin qaçaqmalçıların və daşıyıcıların qurbanına çevrilməməsi üçün humanitar yardımın verilməsini təmin etməliyik. "Taliban"la danışıqlar mövzusunda fikir mübadiləsi apardıq və bunu Əfqanıstanla bağlı komissarlarımız vasitəsi ilə birlikdə davam etdirə bilərik" - deyə Merkel bildirib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?