Modern.az

İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA

İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA

17 Oktyabr 2021, 00:51

İtaliyanın paytaxtı Roma şəhərində faşizmə qarşı etiraz aksiyası keçirilib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, aksiyada təxminən 200 min insan iştirak edib.

 

Nümayiş keçən həftə sonu Covid-19 sertifikatı tələbinə etiraz zamanı İtaliyanın ən böyük həmkarlar ittifaqının binasına edilən hücuma cavab olaraq təşkil edilib.

 

“Faşizm bir daha əsla” şüarı ilə keçirilən aksiya həmkarlar ittifaqları tərəfindən dəstəklənib.

 

Həmkarlar ittifaqının binasına hücuma görə neofaşist “Forza Nuova” partiyası ittiham edilir. Aksiyaçılar partiyanın ləğv edilməsini tələb edib.

 

Qeyd edək ki, İtaliyada qüvvəyə minən yeni qərarla bütün işçilərə COVID-19 sertifikatı məcbur edilib. Sertifikatı olmayan dövlət və özəl müəssisələrdəki işçilər hər 48 saatdan bir koronavirusa qarşı test verməyə məcbur olacaq. Qərar iş yerlərində narazılıqlara səbəb olub. “Yaşıl passport” adlanan sertifikatı olmayan işçiləri ödənişsiz işdən azad etmə və 1500 avroya qədər cərimə kimi cəzalar gözləyir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir