Arxiv
19 Oktyabr 2021, 15:25 | AKTUAL
“Azərsu”dan yeni layihə - FOTO

"Azərsu" ASC çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədilə yeni layihənin icrasına başlayıb.

 

Modern.az bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, hazırda Bakı və Sumqayıt şəhərlərində, həmçinin ətraf qəsəbələrdə icra olunan layihə çərçivəsində binaların daxilində yerləşən dik qayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, hər bir abunəçi sayğacla təmin olunur.

 

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi məqsədilə həyata keçirilən layihə Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai və Qaradağ rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda sovet dövründə tikilmiş 430 yaşayış binasını və bəzi ərazilərdə fərdi yaşayış evlərini əhatə edir. Bu məqsədlə mənzillərdə və fərdi yaşayış evlərində 28 minədək sayğacın quraşdırılması nəzərdə tutulur. İcrasına cari ilin sentyabr ayında başlanmış layihə çərçivəsində artıq 3 mindən çox sayğac quraşdırılıb.

 

Təsdiqlənmiş layihəyə uyğun olaraq podratçı şirkətlər tərəfindən yeni çəkilmiş su xətləri mənzillərin daxilində mövcud sistemlərə birləşdirilir. Bəzi hallarda vətəndaşlar mənzillərin daxilində layihədə nəzərdə tutulmayan əlavə su xətlərinin çəkilməsi və ya digər işlərin görülməsini tələb edirlər. Belə olan halda vətəndaşlar həmin işləri podratçı təşkilatla qarşılıqlı razılaşma əsasında öz vəsaiti hesabına və ya kənardan usta cəlb etməklə həyata keçirə bilər. Mənzilin daxilində layihədə nəzərdə tutulmayan işlərin görülməsinə və vəsaitin ödənilməsinə görə “Azərsu” heç bir məsuliyyət daşımır.

 

Yeni xətlərin çəkilməsi, sayğacların quraşdırılması və layihəyə uyğun olaraq mənzildaxili birləşmələrin görülməsinə görə abunəçilərdən hər hansı ödəniş tələb olunmur. Vətəndaşlar belə hallarla qarşılaşarsa bu barədə “Azərsu”yun 955 Zəng Mərkəzinə müraciət etmələri xahiş olunur.

 

Sovet dövründə tikilmiş binaların əksəriyyətində daxili su təchizatı sistemləri şaxtalarda quraşdırlıb. Dik dayaqlar uzun müddət istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verir. Bu da mənzillərin və zirzəmilərin su ilə dolmasına səbəb olur. Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması ilə su axıntılarının qarşısını alınacaq, eyni zamanda su xətlərinin istismarı və sayğacların oxunması asanlaşamaqla xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Eyni zamanda hər bir mənzildə sayğacların quraşdırılması və sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, yaranmış borcların vaxtında toplanması və debitor borcların yaranmamasına gətirib çıxaracaq.

 

2013-cü ildən binadaxili su təchizatı sistemləri “Azərsu”yun balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6 000-dən artıq çoxmənzilli yaşayış binasıın daxili su təchizatı sistemləri yenidən qurulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Eşşəyə sillə vurdu, həbs edildi 7 Dekabr 2021, 00:41 İlon Maska böyük rəqib 7 Dekabr 2021, 00:22 Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 “Bizim şərtlərimizi qəbul etməlidirlər” - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04 Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya müəyyənləşdi 6 Dekabr 2021, 18:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?