Modern.az

NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı

NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı

19 Oktyabr 2021, 20:56

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı regional təhlükəsizlik məsələləri müzakirə edilib.

 

O qeyd edib ki, Gürcüstan Azərbaycan-Ermənistan əlaqələrində çox vacib və aktiv rol oynayır.

 

“Dünən Azərbaycanda idim və sabah İrəvana yola düşəcəyəm. Müzakirə ediləsi bir çox məsələlər var”, - deyə Kolomina bildirib.

 

NATO rəsmisi Cənubi Qafqazın üç ölkəsi arasında siyasi konsultasiyaların aparılması təşəbbüsünə görə gürcüstanlı nazirə təşəkkür edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi