Modern.az

Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb            

Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb            

20 Oktyabr 2021, 11:36

Naftalan şəhərində 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış Elyəddin Cəfərovun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət vəkili Anar Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri tədbirdə iştirak ediblər.

 

Tədbir iştirakçıları Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cəfərov Elyəddin Zöhrab oğlu (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunub.  


 Qeyd edək ki, Elyəddin Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir