Modern.az

ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR

ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR

Dünya

20 Oktyabr 2021, 12:41

Son zamanlar ABŞ-ıa Türkiyə arasında müşahidə olunan soyuqluq praktik müstəviyə keçib.

 

Modern.az xəbər verir ki, Ankaraya qarşı qərəzli mövqeyi ilə seçilən Co Bayden administrasiyası Yunanıstanla hərbi-siyasi əməkdaşlığı möhkəmləndirir. Belə ki, bu ölkədə ABŞ-ın daha 4 hərbi bazasının yaradılması barədə razılıq əldə olunub. Həmin hərbi bazalar Volos, Aleksandrupolis, Litohoro və Sud şəhərlərində yaradılacaq.

Yunanıstan rəsmiləri həmin bazalara nəzarətin əllərində olacağını amma ABŞ-ın da hərbi məqsədlər üçün istifadə edəcəyini açıqlayıb.

 

ABŞ-ın uzun illər Yunanıstanda 1 hərbi bazası olmuşdu. Krit adasında yerləşən Dus bazasına 2019-cu ildə Srefanaviko, Larisa və Aleksandrupolisdəki bazalar, indi isə daha 4 yeni baza əlavə olunub.

 

Bu hadisə ABŞ-ın Türkiyənin İncirlik və Kürecik aviabazalarında hərbi kontingentini azaltması fonunda baş verir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı