Arxiv
20 Oktyabr 2021, 15:38 | AKTUAL
Nazir xorvatiyalı həmkarı ilə nəyi müzakirə etdi?

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.



Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Modern.az-a verilən xəbərə görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Xorvatiya arasında münasibətlərin inkişafı perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.



Nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib. O, ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini vurğulayaraq, bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu ifadə edib.



Nazir Qordan Qrliç Radman Azərbaycanda səfərdə olmaqdan məmnunluq ifadə edib və Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə istinad edib. İki ölkə arasında bir sıra oxşarlıqların olduğunu səsləndirən Xorvatiya naziri, bu xüsusda ölkələrin suverenliyi və müstəqillik mübarizəsini qeyd edib. O, müstəqilliyin bərpası dövründə Azərbaycan tərəfindən əldə olunmuş nailiyyətlərin təqdirəlayiq olduğunu söyləyib. Nazir, Xorvatiyanın Azərbaycanla əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirib.



Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrinin mütəmadi əsasda keçirilməsi, parlament ölçüsü üzrə əlaqələrin genişləndirilməsi, habelə əlaqələrimizin əsas sütunlarından olan iqtisadi sahədə, eləcə də enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, humanitar, turizm və digər istiqamətlər üzrə əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Cari səfər çərçivəsində Biznes Forumunun təşkilinin iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.


Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı platformasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazisindəki son vəziyyət, xüsusilə də üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri həmkarının diqqətinə çatdırıb. Azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri, eləcə də minalardan təmizləmə işləri ilə bağlı məlumat verib. Dost Xorvatiyanın xüsusilə minalardan təmizləmə sahəsində təcrübəsi nəzərə alınmaqla, azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq prosesində iştirak edə biləcəyi qeyd edilib.

Görüşdə nazirlər, həmçinin bölgələrdəki vəziyyət və qlobal gündəliyə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06 Şabranda COVID xəstəsi ictimai yerdə saxlanıldı 3 Dekabr 2021, 17:03 “AzerGold”dan tender qalmaqalı ilə bağlı AÇIQLAMA 3 Dekabr 2021, 17:00 Əfqanıstanda qadını zorla ərə vermək qadağan olundu 3 Dekabr 2021, 16:57 DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 “The Banker” ABB-ni “İlin bankı” elan etdi! 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34 Məsud Aşina Türkiyədə beynəlxalq mükafata layiq görüldü 3 Dekabr 2021, 14:28 Məktəb direktoru karantinə alındı 3 Dekabr 2021, 14:23
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?