Modern.az

Azərbaycanda koronavirusa qarşı kollektiv immunitet nə vaxt yaranacaq?

Azərbaycanda koronavirusa qarşı kollektiv immunitet nə vaxt yaranacaq?

21 Oktyabr 2021, 15:04

Bütün dünya ölkələrində koronavirus pandemiyasından qorunmaq və xəstəliyə qarşı immunitet yaratmaq məqsədi ilə vaksinasiya prosesi sürətli şəkildə davam edir. Belə olan halda virusoloqlar kollektiv immunitetin olmasının vacibliyini vurğulayırlar.

 

Maraqlıdır, əhalinin neçə faizi vaksinləşdiyi zaman ölkə üzrə kollektiv immunitet yaranacaq?

Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi, infeksionist Təyyar Eyvazov Modern.az-a açıqlamasında bildirib ki, kollektiv immunitet əldə olunması üçün 2 əsas metod var.

 

“Kollektiv immunitet bütün infeksiyalara aiddir Bu iki yolla baş verir: insanlar xəstələnərək immunitet əldə edir və ya kütləvi vaksinasiya olunur. Kollektiv immunitet zamanı insan toplumunda immunlaşan şəxslərin faiz dərəcəsi infeksiyanın növündən və yoluxuculuq qabiliyyətindən asılıdır.

Məsələn, Qızılca xəstəliyi üçün əhalinin 95%-də immunitet olmalıdır ki, bu infeksiya yayılmasın”.

 

İnfeksionist Azərbaycan əhalisində kollektiv immunitetin yaranması üçün faiz göstəricisini açıqlayıb.

 

“Dünyanı bürümüş COVİD-19 infeksiyasına gəldikdə, bildiyimiz kimi pandemiyanın başlanğıcında “Uhan” ştammının yoluxuculuq qabiliyyəti indiki “Delta” ştammına nisbətdə az idi. Ona görə əvvəllər kollektiv immunitetin 60-70% olması düşünülürdü. İndiki halda kollektiv immun faizi 80-82% olması düşünülür. Amma qeyd etmək lazımdır ki, bunların hamısı nisbi rəqəmlərdir. Təbii ki, zaman keçdikcə istər xəstəlikdən, istərsə də vaksindən bir müddət sonra immunitet zəifləyir. Belə olan halda tövsiyə olunur ki, yenidən vaksinasiya prosesi aparılsın”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?