Modern.az

Vitse-spikerin məqaləsi Qazaxıstan MƏTBUATINDA

Vitse-spikerin məqaləsi Qazaxıstan MƏTBUATINDA

21 Oktyabr 2021, 15:50

Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin Şanlı Zəfərimizə həsr olunmuş məqaləsi Qazaxıstanda dərc olunub.

 

Modern.az xəbər verir ki, məqalədə deyilir:

 

44 gün davam edən Vətən müharibəsi, təxminən, otuzillik işğala son qoyulması və ərazi bütövlüyümü­zün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı.

 

Azərbaycan Ordusunun şücaəti, silahlı qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaq­larımızın qısa müddətdə – 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqı­mıza böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan olduqca mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində öz gücü – qüdrəti ilə münaqişəni həll etdi, işğal faktını aradan qaldırdı, separatiz­min məhvinə nail oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının uzun illər ka­ğız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqla tarix yaz­dı, dünyada yeni nümunə yaratdı. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiya­sının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çı­xışı zamanı diqqətə çatdırdığı kimi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməsi, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.”

 

Məqalə Qazaxıstan mediasında maraqla qarşılanıb. Məqalə ilə buradan tanış ola bilərsiniz:

 

//ea-news.kz/%d0%b3%d0%be%d0%b4-%d1%81%d0%b2%d1%8f%d1%89%d0%b5%d0%bd%d0%bd%d0%be%d0%b3%d0%be-%d0%bf%d0%be%d0%b1%d0%b5%d0%b4%d0%bd%d0%be%d0%b3%d0%be-%d0%bc%d0%b0%d1%80%d1%88%d0%b0/?fbclid=IwAR0CMgabbRuBdvv3OA-D9SXY-ZT5nFIpPIz_4rCp95mmz9ghDlI71-W0AcE

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır