Modern.az

Məzahir Pənahov Özbəkistanda müşahidəçilik edəcək

Məzahir Pənahov Özbəkistanda müşahidəçilik edəcək

22 Oktyabr 2021, 14:26

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti 2021-ci il oktyabrın 24-də Özbəkistanda keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkəndə səfər edib.

 

Bu barədə Modern.az-a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşan səfər çərçivəsində sədr M.Pənahovun Özbəkistanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

 

Azərbaycan Mərkəzi Seçki Komissiyasının digər təmsilçiləri, həmçinin Türk Şurası, ATƏT/DTİHB və MDB-nin tərkibində də beynəlxalq müşahidəçi qismində sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

                                                                                            

MSK nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir