Modern.az

Yoluxma artdı - 18 nəfər öldü

Yoluxma artdı - 18 nəfər öldü

Hadisə

22 Oktyabr 2021, 17:44

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 112 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 511 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 482 578 nəfər müalicə olunaraq sağalıb, 6 847 nəfər vəfat edib. 22 549 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 568, bu günə qədər isə ümumilikdə 5 081 920 test icra olunub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir