Modern.az

Bu ölkədə 200 mindən çox vaksin məhv ediləcək

Bu ölkədə 200 mindən çox vaksin məhv ediləcək

Aktual

22 Oktyabr 2021, 18:53

Bosniya və Herseqovinada koronavirusa qarşı 200 min dozadan çox peyvənd məhv ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İnstitutunun direktoru Sinisa Skocibusiç deyib.

O bildirib ki, həmin vaksinlərin istifadə müddəti bu ayın sonunda bitəcək. İnstitutun anbarında istifadə müddəti bitən 200 min doza “Astra Zeneca” və 1300 doza “Sinovac” peyvəndi var.

S.Skocibusiç deyib: “Əhalinin 80 faizinin virusa qarşı peyvənd olunması qarşıya məqsəd kimi qoyulub. Ona görə də bizi çox iş gözləyir, eyni zamanda, hər birimizin üzərinə böyük məsuliyyət düşür”.

 

Qeyd edək ki, Bosniya və Herseqovinada indiyədək əhalinin cəmi 22 faizi hər iki doza vaksin qəbul edib. Əhalinin 25 faizinə isə yalnız birinci doza vaksin tətbiq olunub.

İnstitutun direktoru bildirib ki, ABŞ tərəfindən Bosniya və Herseqovinaya 500 min doza “Pfizer” peyvəndi hədiyyə olunub.

Yerli mətbuata görə, Xorvatiya Bosniya və Herseqovinaya 70 min doza “Moderna” peyvəndi göndərib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı