Modern.az

Türkiyəyə ixracımız 2 milyard dollara çatır

Türkiyəyə ixracımız 2 milyard dollara çatır

25 Oktyabr 2021, 11:38

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 1,938 milyard dollara bərabər olub.

 

Modern.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

 

Hesabat dövründə Türkiyənin Azərbaycanın ümumi ixracında pay 13,25 faiz təşkil edib.

 

2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyədən Azərbaycana idxal ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz artaraq 1,31 milyard dollara bərabər olub. Azərbaycanın idxalında Türkiyənin payı 15,69 faiz təşkil edib.

 

İki ölkə arasında ticarət dövriyyəsi isə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,3 faiz artaraq 3,2485 milyard dollar olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər