Arxiv
25 Oktyabr 2021, 13:40 | DİASPOR
Ankarada kompozisiya təqdim olundu

Ankara şəhərində Türkiyə və Azərbaycanın 100 sənətçisinin iştirakı ilə “Bir millət – iki dövlət: Qardaşlıq dastanı” adlı teatr və rəqs kompozisiyasının təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Ankara Konqres və Sərgi Mərkəzində baş tutan konsertdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Ankarada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin tanınmış simaları iştirak ediblər. 

 

Türk dünyasının min illik tarixi gerçəklərini, Azərbaycan və Türkiyə arasında qardaşlıq tarixini əks etdirən tamaşa 12 fərqli səhnə tərtibatında, lirik və xalq rəqslərinin sintezi əsasında səhnələşdirilib. Nuh tufanından Novruza, dastanlardan qəhrəmanlara, ozanlardan şairlərə, acılardan zəfərlərə qədər bütün tariximiz Dədə Qorqud baxışı ilə təqdim edilib. “Qardaşlıq dastanı” tamaşaçıların gur alqışları ilə qarşılanıb.

 

Layihənin rəhbəri məşhur “Anadolu atəşi” rəqs qrupunun yetirməsi, əslən Azərbaycan türkü olan, İqdır Fondu İdarə Heyətinin üzvü Serhat Turakdır. Tədbirin təşkilatçısı İqdır Fondudur. Layihənin Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə, habelə Avropada təqdim edilməsi nəzərdə tutulur.

 

Tədbir çərçivəsində Türkiyə-Azərbaycan dostluğunu və tarixi işbirliyini əks etdirən foto və rəsmlərdən ibarət sərgi də nümayiş olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Robotlar fabrik işçilərinə kömək edəcək 1 Dekabr 2021, 00:58 Selçuk Bayraktardan başsağlığı 1 Dekabr 2021, 00:39 Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08 Laçının işğaldan azad edilməsindən 1 İL ÖTÜR 1 Dekabr 2021, 00:05 Aİ rəsmisindən helikopter qəzası ilə bağlı açıqlama 30 Noyabr 2021, 23:52 Zığdakı yanğın söndürüldü 30 Noyabr 2021, 23:32 İtaliyadan başsağlığı 30 Noyabr 2021, 23:13 İran silkələndi 30 Noyabr 2021, 22:59 BMT rəsmisindən başsağlığı 30 Noyabr 2021, 22:38 Ali təhsildə yeni ƏMƏKDAŞLIQ 30 Noyabr 2021, 22:15 Soçi bəyanatında Azərbaycanın MÖVQEYİ 30 Noyabr 2021, 22:13 Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI 30 Noyabr 2021, 21:57 Vilayət Eyvazov Rüstəm Mirəlizodanı qəbul etdi 30 Noyabr 2021, 21:51 Təqvimlərin savaşı: Noyabr qalibiyyət ayıdır – məğlubiyyət zənciri qırıldı 30 Noyabr 2021, 21:39 ABŞ Yunanıstana hərbi maşınlar verdi 30 Noyabr 2021, 21:33 Britaniyanın Baş qərargah rəisi istefa verdi 30 Noyabr 2021, 21:14 Qadın futbolçularımızdan ilk qələbə 30 Noyabr 2021, 20:54 "Qardaşlarımızın başı sağ olsun" - Akşener 30 Noyabr 2021, 20:31 Fələstin başsağlığı verdi 30 Noyabr 2021, 20:16 Fransa səfirindən başsağlığı 30 Noyabr 2021, 20:06 Jurnalistikanı çirkablara buraxmayaq 30 Noyabr 2021, 20:01 Ərdoğandan İlham Əliyevə başsağlığı - YENİLƏNİB 30 Noyabr 2021, 19:53 Kəşfiyyat haqqında qanuna DƏYİŞİKLİK 30 Noyabr 2021, 19:52 Britaniya səfirindən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:49 Elçin Quliyev: "Helikopter demək olar yenidir" 30 Noyabr 2021, 19:46 Prezident və birinci xanımdan şəhid hərbçilərin dəfni ilə bağlı TAPŞIRIQ 30 Noyabr 2021, 19:45 Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ 30 Noyabr 2021, 19:41 Qəzada həlak olanlara şəhid statusu VERİLƏCƏK     30 Noyabr 2021, 19:34 "Yaralıların vəziyyəti normaldır" 30 Noyabr 2021, 19:28 Naxçıvanda döyüş atışlı taktiki təlimlər 30 Noyabr 2021, 19:27 Helikopter qəzası ilə bağlı şahidlər dindirilib 30 Noyabr 2021, 19:19 Helikopter qəzası ilə bağlı brifinq keçirildi - VİDEO 30 Noyabr 2021, 19:18 Siyasi müstəvidə növbəti ZƏFƏR 30 Noyabr 2021, 19:10 Türkiyəli nazirdən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?