Modern.az

Sabirabaddakı qətlin istintaqı YEKUNLAŞDI

Sabirabaddakı qətlin istintaqı YEKUNLAŞDI

Aktual

25 Oktyabr 2021, 14:50

Xəbər verildiyi kimi, 21 iyun 2021-ci ildə Sabirabad rayonu ərazisində Mirqiyas Mirmövsümovun qəsdən öldürməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Sabirabad rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin qohumu Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 


İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Zaidova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı