Arxiv
25 Oktyabr 2021, 16:40 | AKTUAL
Sahibə Qafarova Ana Cumaliyeva ilə görüşüb

Oktyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Sahibə Qafarova qeyd edib ki, bu görüş ölkəmiz üçün tarixi əhəmiyyətli bir dövrə - Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin ildönümü ərəfəsinə təsadüf edir. Spiker bildirib ki, 2020-ci ildə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik Ermənistan tərəfindən işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalan 4 qətnaməsini özü həyata keçirib.

 

Milli Məclisin Sədri qeyd edib ki, istər ötən ilin 27 sentyabr tarixinədək, istərsə də döyüş əməliyyatlarının davam etdiyi dövrdə Ermənistan bir çox hərbi təxribatlar törədib. O, xüsusilə, Ermənistanın Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib və əlavə edib ki, bu hücumlar nəticəsində onlarla dinc sakin, o cümlədən, qadınlar və uşaqlar həlak olublar.

 

Spiker diqqətə çatdırıb ki, Ermənistan bu gün də öz təxribatçı əməllərindən əl çəkmir və sülhün bərpa olunmasına, quruculuq, abadlıq işlərinə maneçilik törədir. Sahibə Qafarova deyib ki, 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

 

Spiker Sahibə Qafarova qeyd edib ki, münaqişə artıq tarixə qovuşub. Hazırda Azərbaycan gələcəyə hədəflənmiş layihələr icra edir, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır.

 

Milli Məclisin sədri xatırladıb ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bolqarıstan nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edəcəklərini bildirən S.Qafarova deyib ki, onlar həmin ərazilərdə Ermənistan tərəfindən törədilən vəhşilikləri öz gözləri ilə görəcəklər.

 

Onun sözlərinə görə, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr haqqında da danışan Sahibə Qafarova vurğulayıb ki, bu münasibətlər yüksələn xətlə inkişaf edir. Spiker qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara uyğundur və hər iki tərəf bu istiqamətdə iradə nümayiş etdirir. Azərbaycanla Bolqarıstan arasında münasibətlər zəngin müqavilə-hüquq bazasına söykənir.

 

Sahibə Qafarova Azərbaycan və Bolqarıstanın qanunverici orqanları araslnda da əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayaraq, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətini təqdir edib.

 

Görüşdə çıxış edən Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyeva ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi bildirərək, regionda sülh və təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə əməkdaşlıq münasibətləri haqqında məlumat verib.

 

Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyası sədrinin müavini Baki Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hər il COVID peyvəndi vurdurmaq lazım ola bilər 4 Dekabr 2021, 00:55 Bayden xəstələndiyini etiraf etdi 4 Dekabr 2021, 00:35 Rusiyadan daha 12 müəssisəyə pomidor idxalına icazə 4 Dekabr 2021, 00:21 Vətən müharibəsində iştirak etmiş həkimlər Milli Məclisdə 4 Dekabr 2021, 00:00 Mişa ona qurulan məhkəməni “milli biabırçılq” adlandırdı - Hər larinin hesabatını verməyə hazıram 3 Dekabr 2021, 23:50 QHT Agentliyi qrant müsabiqəsi elan etdi 3 Dekabr 2021, 23:44 Pakistandan yeni PUA təqdimatı   3 Dekabr 2021, 23:36 ABŞ-da abort qadağan edilə bilər 3 Dekabr 2021, 23:14 Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?