Arxiv
27 Oktyabr 2021, 16:24 | AKTUAL
Kamal Abdulla səfirlə görüşdü

Oktyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüş keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, rektor ADU-nun “Səfir saatı” layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində tələbələrin bir çox səfirlərlə görüşü keçirilib.  O, fövqəladə və səlahiyyətli səfir Kristofer Alberto Martinez Berroteran ilə görüşün tələbə və müəllimlər üçün maraqlı və faydalı olacağını vurğulayıb.

Görüşdə həmçinin iki ölkə arasında elmi, mədəni və təhsil təcrübələrini bölüşmək, qarşılıqlı əməkdaşlığın qurulması haqqında fikirlər səsləndirilib, elmi mübadilənin əhəmiyyətindən danışılıb. Akademik Kamal Abdulla Venesuela universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin, eyni zamanda ADU-da Venesuela Mərkəzinin açılması ilə bağlı təklif irəli sürüb: “Universitetimizdə 20-dən artıq ölkənin mərkəzi fəaliyyət göstərir. Tələbələr bu mərkəzlər vasitəsi ilə həmin ölkələrin dilini, mədəniyyətini, tarixini çox gözəl şəkildə mənimsəyirlər. Venesuela universitetləri ilə əməkdaşlıqda da çox maraqlıyıq”. 

Xalq yazıçısı Kamal Abdulla səfirə Braziliyada nəşr olunan “Yarımçıq əlyazma” romanını hədiyyə edib.

Kristofer Alberto Martinez Berroteran ADU-da olmaqdan məmnun olduğunu deyib . O, təmsil etdiyi ölkədə Azərbaycan mərkəzinin açılması, eyni zamanda “Səfir saatı” layihəsində iştirak təklifini yüksək dəyərləndirib. Qeyd edib ki, təhsil, mədəniyyət və elm sahəsində yüksək səviyyəli əməkdaşlıq Venesuela üçün prioritet istiqamətdir:

“Bu təkliflərin hər birini məmnuniyyətlə qəbul edirəm. Təhsil istiqaməti Venesuela dövləti üçün, bizim səfirlik üçün çox vacib istiqamətdir. Təhsil, mədəniyyət və elm sahəsində əlaqələr diplomatların işini asanlaşdırır, diplomatik əlaqələri dərinləşdirir. Şübhəsiz ki, qarşılıqlı mərkəz yaratmaq perspektivi bizim dostluq əlaqələrimizə böyük töhfə verəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 İctimai yerdə koronavirus xəstəsi aşkarlandı 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq" 6 Dekabr 2021, 20:46 "Bizim şərtlərimizi qəbul etməlidirlər" - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04 Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya müəyyənləşdi 6 Dekabr 2021, 18:00 Dolların məzənnəsi sabit qaldı 6 Dekabr 2021, 17:54 58 yaşlı kişi atdan yıxılaraq ölüb 6 Dekabr 2021, 17:48 1 gündə cəmi 154 nəfər peyvəndləndi 6 Dekabr 2021, 17:43
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?