Modern.az

Aİ-dən Moldovaya 60 milyon avro YARDIM

Aİ-dən Moldovaya 60 milyon avro YARDIM

Dünya

27 Oktyabr 2021, 19:45

Avropa İttifaqı (Aİ) Moldovaya enerji böhranının nəticələrinin aradan qaldırmağa dəstək üçün 60 milyon avro yardım edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen Moldovanın baş naziri Nataliya Qavrilitsa ilə görüşündən sonra məlumat verib.

 

Qeyd edək ki, hazırda Moldovada enerji böhranı yaşanır. Rusiyanın “Qazprom” şirkəti ilə müqavilə sentyabrın sonunda başa çatıb. Rusiya qazın qiymətini qaldırmağı təklif etsə də, Molsova qəbul etməyib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi