Modern.az

Sabahdan “Zəfər” yarmarkası BAŞLAYIR

Sabahdan “Zəfər” yarmarkası BAŞLAYIR

28 Oktyabr 2021, 14:28

Oktyabrın 29-dan etibarən Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər” Yarmarkası keçiriləcək. 

 

Modern.az xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin iştirakı nəzərdə tutulur.

 

“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutacaq yarmarkadan əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılarımıza dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək. 



“Zəfər” Yarmarkasında iştirak etmək istəyən şirkətlər 8110 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər