Arxiv
28 Oktyabr 2021, 17:05 | AKTUAL
Texniki baxış mərkəzlərində YENİLİK

Bakıda yerləşən texniki baxış mərkəzlərində yeniliklər edilib. Modern.az xəbər verir ki, Sabunçu və Qaradağ rayonlarında yerləşən müayinə mərkəzləri tam yeni avadanlıqlarla təchiz edilib, hər iki mərkəzdə abadlıq işləri aparılıb, ərazidə yeni yaşıllıqlar salınıb. Bundan başqa, avtomobillərini texniki baxışa təqdim edən sürücülərin gözləmə zalları yaradılıb ki, burada onlara təmənnasız olaraq çay, su kofe təklif olunur. Həm “Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən, həm də Zabrat qəsəbəsindəki texniki baxış məntəqələri həftə sonları, eləcə də bayram günləri də adi günlərdəki kimi işləyir. MDB məkanında ən müasir avadanlıqlar məhz burada quraşdırılıb.


Qaradağdakı müayinə mərkəzi tam yeni avadanlıqlarla təchiz ediləndən sonra Zabratdakı mərkəzdə də eyni işlər görülüb. Texniki baxışa təqdim olunan hər bir nəqliyyat vasitəsi müasir avadanlıqlarla yoxlanılır və bütün qüsurlar burada aşkar edilir. Bundan sonra sürücüyə elektron qaydada texniki baxış talonu verilir. Növbəti il həmin qüsurlar yenidən aşkar edildikdə avtomobil texniki baxışdan keçirilmir.


Sürücülərə xidmət edən personal xüsusi geyimlərdə və pandemiya qaydalarına uyğun olaraq fəaliyyət göstərirlər.


Bu il ilk dəfə olaraq Bakıdakı texniki baxış mərkəzlərində sürücülər üçün qaynar xətt yaradılıb. 012 511 08 40 nömrəsinə zəng edən sürücülərə xanım operator cavab verir. Qaynar xətt vasitəsilə avtomobilin texniki baxış vaxtını, qayda pozuntularınə, avtomobilə aid cərimələri, hansı qüsurların aradan qalıdırılmasını, rüsumu və digər məsələləri öyrənirlər. Respublikanın bütün bölgələrindən başqa sahələr üzrə suallar da olduqda isə aidiyyatı üzrə yönləndirilir.


Operator rus və ingilis dillərində sərbəst danışır və sualları cavablandırır. Artıq Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusların nümayəndələri operator xidmətinin səmərəli fəaliyyətinə görə dəfələrlə təşəkkür ediblər.


Hər iki müayinə mərkəzində minlərlə ağac və gül kolları əkilib. Zabratda geniş zeytun bağı salınıb, vaxtilə bataqlığa çevrilən ərazi abadlaşdırılıb. İndi burada həm vətəndaşlar, həm də işçilər üçün normal şərait yaradılıb.


Daha ətraflı videomaterialda tanış ola bilərsiniz.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putinlə Baydenin görüş vaxtı AÇIQLANDI 7 Dekabr 2021, 07:51 Blinken Zelenski ilə DANIŞDI 7 Dekabr 2021, 00:52 Yük maşını təyyarə ilə toqquşdu 7 Dekabr 2021, 00:49 Eşşəyə sillə vurdu, həbs edildi 7 Dekabr 2021, 00:41 İlon Maska böyük rəqib 7 Dekabr 2021, 00:22 Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 “Bizim şərtlərimizi qəbul etməlidirlər” - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?