Modern.az

Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq”

Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq”

28 Oktyabr 2021, 18:29

Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli razılaşmaların reallaşdırılmasına xidmət edən açıqlama və addımlara sadiq qalmağı düzgün hesab edirik.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, regionda nəqliyyat - kommunikasyaların açılması məsələlərinin işlənməsi üçün ən optimal format Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupudur: "Artıq bu mexanizmin səkkiz iclası keçirilib. Bütün tərəflər qrupun fəaliyyətini yüksək qiymətləndirir".

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü