Modern.az

Dünyada taxıl kəskin BAHALAŞDI

Dünyada taxıl kəskin BAHALAŞDI

2 Noyabr 2021, 15:48

Dünya bazarlarında taxıl kəskin bahalaşıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çikaqo birjasında 1 buşel (27,216 kiloqram) taxılın dəyəri 8 dollara çatıb. Bu 2012-ci ildən bəri taxıl məhsulları (buğda, arpa, çovdar, vələmir, qarğıdalı, düyü və darı) üçün ən yüksək qiymət müəyyən olunub.

 

“Bloomberg” agentliyi taxılın bahalaşmasına səbəb olaraq, dünyada bu il müşahidə olunan quraqlıq və gübrə qiymətlərinin artmasını əsas göstərir. Bundan başqa, taxılın bahalaşması digər ərzaq məhsullarının qiymətinin artmasına səbəb olacaq.

 

Taxıl məhsulları son 6 ayda fasiləsiz artmaqda davam edir. Təkcə oktyabr ayında bahalaşma 6,5% artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir