Modern.az

"Reket qəzet"lərin gizli sponsorları arasında dövlət məmurları da var

"Reket qəzet"lərin gizli sponsorları arasında dövlət məmurları da var

Qarabağ

18 Fevral 2010, 14:00

Modern.az xəbər verir ki, Mətbuat Şurası “reket jurnalistikası” ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda jurnalistin və mətbuatın təmiz adına, əxlaqına ləkə gətirən neqativ hallardan bəhəs olunub. Bildirilib ki, «reket jurnalistika» adlandırıkan xoşagəlməz meyl bu gün də davam etməkdə, medianın nüfuzuna ləkə gətirməkdədir. Mətbuat Şurası bəyan edir ki, “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası peşə prinsiplərinə etinasız yanaşan media orqanlarına qarşı ictimai qınağın təsir gücünü artırmaq məqsədilə mətbuatın “qara siyahı”sını tərtib edib. Konkret şikayət və müraciətlər əsas götürülərək Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi pozan qəzet və jurnallar həmin siyahıya salınmaqdadır. Hazırda onların sayı 94-dür. Şura bildirib ki, bu siyahıya daxil olan nəşrlər qurumu hədələmək yolu tutublar. Bəyanatda qeyd olunur ki, əməllərini yeni adla qeydiyyatdan keçirdikləri nəşrlərdə davam etdirən qəzet rəhbərləri də var: “ Xüsusən “Gündəlik Bakı” və “Təzadlar” qəzetləri, həmçinin “Mozalan” jurnalı kimi bütün sərhədləri aşan nəşrlər də mövcuddur. Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyən bu KİV-lər hər saylarında Şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hətta hədə-qorxu gəlməkdən belə çəkinmirlər”. Bəyanatda daha sonra deyilir: “Mətbuat Şurası bəzi «reket nəşr»lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. Şura bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur. Azərbaycan iqtidarının söz və mətbuat azadlığı ilə bağlı məsələlərə həssas yanaşdığı şəraitdə onların bu siyasətə uyğun gəlməyən addımlar atanlara, öz mənafeləri naminə müxtəlif spekulyasiyalara baş vuranlara himayədarlığı heç bir məntiqə sığmır”. Şura bəyan edir ki, quruma qarşı göstərilən təsir və təzyiq cəhdləri mənasızdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir