Modern.az

Azərbaycanlı rəssam  koronavirusdan öldü

Azərbaycanlı rəssam  koronavirusdan öldü

9 Noyabr 2021, 10:24

Moskvada tanınmış azərbaycanlı rəssam Abbas Kazımov koronavirusdan dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Konfederasiyasının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Abbas Kazımov noyabrın 8-də 65 yaşında vəfat edib.

 

Onun COVİD-19 virusundan xəstəxanada vəfat etdiyi bildirilib.

 

Qeyd edək ki, Kazımov Abbas Ələsgər oğlu 1 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olub. O, 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1984-cü ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirib. Abbas Kazımov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, YUNESKO nəzdində Beynəlxalq rəssamlar federasiyasının üzvü olub. O, rəngkarlıqda "xalça üslubu"nun yaradıcısı hesab olunur. Bu üslub özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini birləşdirir. Onun "Pirosmaniyə həsr edilir" silsilə qrafik əsərlər, "Qırmızı və Qara", "Nağıl", "Qarabağ atları" silsilə rəngkarlıq əsərlərini qeyd etmək olar. Yaltada Yumoristlər xiyabanında Arkadi Аrкаnоvun jileti və Mixail Jvanetskinin portfelinə abidələr Abbas Kazımovun eskizləri üzrə yaradılıb. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. Onun fərdi sərgiləri Moskva, Vaşinqton və Kanadada təşkil olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...