Arxiv
24 Noyabr 2021, 13:59 | ZƏNGƏZUR
Paşinyanın iddialı çıxışı nəyə hesablanıb…

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün “Facebook” üzərindən jurnalistlərin suallarını cavablandırıb. Paşinyan Zəngəzur dəhlizindən danışarkən iddialı çıxış edib. O, “dəhliz məntiqini” qəbul etmədiyini yenidən dilə gətirib.
“Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir, biz qərar veririk, yalnız biz”,-deyə Nikol Paşinyan vurğulayıb.

Maraqlıdır, Paşinyanın  Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında noyabrın 26-da keçiriləcək üçtərəfli görüş əsnasında belə iddialı çıxış etməsinin səbəbi nədir?


“Paşinyanın dünənki çıxışı daxili ictimaiyyəti rahatlamaq təsiri bağışlayırdı. Digər tərəfdən,  məqsəd həm də bir növ İlham Əliyevin çıxışlarına cavab vermək idi”. 


Bu sözləri Modern.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.


Onun sözlərinə görə, Paşinyanın belə iddialı çıxış etməsinin səbəbi yeni təkliflər irəli sürəcəyindən xəbər verir:


“Ümumiyyətlə, Ermənistan dəhliz məsələsində belə çıxış etməyə çalışır ki, həmin dəhliz onun suverən ərazisində olmalıdır. Onlara görə həm gömrük, həm də  polis postu qurulmalıdır. Bununla da dəhlizi vermək istəmir. Çünki anlayır ki, Azərbaycan onlara Laçın dəhlizini verdiyi kimi, bu da alternativ bir dəhliz verməlidir. Əslində Ermənistan lideri daxili ictimaiyyəti sakitləşdirmə çalışır ki, Zəngəzur dəhlizi nəqliyyat yolu olaraq qalsın. Amma iki məsələdə də Azərbaycan qalib tərəf kimi çıxacaq. Razılaşma var və bu təmin ediləcək, özü də Rusiyanın vasitəsi ilə olacaq”.


A.Nərimanlı qeyd edib ki, Ermənistan tərəfinin dediyi kimi, gömrük postu qurulacaqsa, Azərbaycan tərəfi sonrakı mərhələdə Laçın dəhlizində də gömrük postunu qura bilər:


“Çünki hər ikisi eyni mahiyyət daşıyır. Biz də eyni arqumentdən çıxış edə bilərik. Bu da bizim hər iki konteksdə qazanc əldə edəcəyimiz deməkdir. Amma bunu Ermənistan edərsə, deməli, əldə olunan razılığı pozmuş olur. Bu da Azərbaycan və Ermənistan arasında yeni bir saziş gündəmə gətirir. Əsas sual isə buna Rusiyanın razı olub-olmamasıdır. Rusiya əlaqələrin açılmasının tərəfdarıdır. Ermənistanın etdiyi isə Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılığın pozulması deməkdir, bu da Moskvanın narazılığına səbəb ola bilər. Ermənistan yeni təkliflərlə gələrsə, buna Bakı və Moskva razı olmayacaq. Rusiyada olan görüşdə əsas təzyiq Paşinyana olacaq. Soçi görüşündə artıq bütün kommunikasiyaların açılmasının qrafiki, yəni vaxtları müəyyən olunacaq. Bu artıq o deməkdir ki, Paşinyanın iddiaları əsassız olacaq. Razılıq olmazsa, gələcəkdə müəyyən münaqişələr yarana bilər. Bunu biz Azərbaycanın məcburetmə əməliyyatı kimi də deyə bilərik. Bu da Azərbaycanın Ermənistanın təxribatlarına qarşı ən böyük zərbəsi ola bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Rusiya baş nazirinin müavini Aleksey Overçukun Bakıya bugünkü səfərinə diqqət çəkib.

Onun sözlərinə görə, Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə nələrin müzakirə ediləcəyi bəllidir. Əsas mövzu Zəngəzur dəhlizi və ya kommunikasiya xətlərinin açılması, o cümlədən sərhədlərin müəyyənləşməsiylə bağlı üçtərəfli komissiyanın yaradılmasıdır.

“Aleksey Overçuk il ərzində iki dəfə İrəvanda da olub. Overçukun Bakıda və İrəvanda müzakirə etdiyi əsas mövzu regional kommunikasiya xətlərinin açılması olub. Aleksey Overçuk dəhliz ifadəsi işlətmir. O son açıqlamasında erməni rəsmiləri kimi belə bir ifadə işlədib: “Bütün kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir”. Overçuk dəhliz əvəzinə “kommunikasiya xətləri” ifadəsini işlətdikdə və Ermənistanın Zəngəzurdan keçən dəmiryoluna və avtomobil yoluna nəzarət etməsi gərəkliyini dedikdə bununla bağlı Rusiya prezidentinin təlimatını yerinə yetirdiyini göstərir.

Əgər Ermənistan Kremlin dəstəyi ilə Zəngəzur dəhlizindən keçəcək nəqliyyat yollarına nəzarət etmək istəyirsə, biz də Moskva qarşısında Laçın dəhlizinin Azərbaycan sərhədçiləri və gömrük xidməti tərəfindən nəzarətə götürülməsi məsələsini qaldırmalıyıq. Bu da bizim təbii haqqımızdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?