Arxiv
25 Noyabr 2021, 09:48 | PARLAMENT
Bakının sağalmaz “DƏRD”İ – Tıxacdan çıxış yolu

“Bakıda tıxaclar yarananda və elə indiki haldakı kimi dəfələrlə demişik ki, şəhərin yükü azaldılmalıdır. Bununla atmosfer çirklənməsinin, müəyyən ərzaq, yerləşmə, hərəkətin sıxlığı kimi problemlərin qarşısını alına bilərik. Bu səbəbdən də bəzi universitet, kollec, idarələr şəhərdən kənarlaşdırılmalıdır”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Mili Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib.

 

Deputatın sözlərinə görə, dünya təcrübəsində elə ölkələr var ki, hətta qəsəbədə belə ali məktəb, hansısa nazirliklər, nümayəndəliyi yerləşir:

 

 

“Demək olar ki, bütün nazirlik, idarə, universitetlər Bakıdadır. Bu da paytaxtda tıxac problemi yaradır, gediş-gəlişə mane olur. Digər tərəfdən, əsas problem də odur ki, uzaq ərazilərdən minlərlə tələbə Bakıya təhsil üçün gəlir. Bir çoxu bura uyğunlaşmaqda çətinlik çəkir, yaşamaq üçün müəyyən vəsait tapa bilmir. Ortaq regionlarda universitetlər fəaliyyət göstərsə, belə gənclərə asan olar. Bu həm də bilavasitə həmin ərazilərin mədəni səviyyəsinin yüksəlməsinə köməklik göstərə bilər. Çünki  ali məktəblərin olduğu o yerlər mədəniyyət mərkəzləri sayılır”.

 

 

 

T.Rzayev qeyd edib ki, müəyyən əlaqəli nazirliklərin bir hissəsi gələcəkdə işğaldan azad olunmuş ərazilərimizə köçürülməlidir:

 

“Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin müəyyən tədqiqat laboratoriyaları, institutları Füzuli, Kəlbəcər, Laçına köçürülə bilər. Pambıqçılıq institutu varsa, Füzuli, Ağacabədiyə köçürülsün. Belə institutların hamısının paytaxtda cəm olması həddindən artıq sıxlığa səbəb olur. Sıxlığın özü həm də müəyyən problemlərə, neqativ hallara yol açır”.

 

Bundan əlavə, deputat paytaxta yaxın rayonlara pedaqoji universitet və kolleclərin köçürülməsini təklif edib.

 

Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-a verilən məlumata görə, Bakı şəhər Baş Plan çərçivəsində mövcud planlaşdırma strukturu nəzərə alınmaqla, ərazinin çoxmərkəzli inkişaf modelinin yaradılması təklif olunur:

 

 

 

“Çoxmərkəzlilik konsepsiyası bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanlar və xidmət standartları təqdim edəcək. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur.

 

Təklif olunan Regional Mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt) Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Regional şəhər mərkəzlərinin mövcud planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur. 

 

Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ (Hövsan) və Xırdalan) Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq  periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaqdır. Bu mərkəzlərlə əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xaricdəki soydaşlarımız Qarabağa köçmək istəyirlər 29 Noyabr 2021, 09:59 595 nəfər toylara BURAXILMADI 29 Noyabr 2021, 09:50 Minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi 29 Noyabr 2021, 09:47 Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi Bakıya toplaşacaq 29 Noyabr 2021, 09:42 Ötən günün cinayət STATİSTİKASI 29 Noyabr 2021, 09:40 “Taliban” Avropa ittifaqından yardım istədi 29 Noyabr 2021, 09:27 Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə YAYIMLANDI 29 Noyabr 2021, 09:01 Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?