Modern.az

Ərdoğanın Türkmənistana səfər proqramı AÇIQLANDI

Ərdoğanın Türkmənistana səfər proqramı AÇIQLANDI

Aktual

27 Noyabr 2021, 13:31

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 27-də 2 günlük Türkmənistana iki günlük səfər edəcək.

Modern.az xəbər verir ki, səfər zamanı iki ölkə arasında münasibətlər bütün aspektlərdə müzakirə olunacaq və birgə sazişlər imzalanacaq. Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında da iştirak edəcək.

 

“TRT Haber”in məlumatına görə, Ərdoğan Türkmənistana sıx gündəmlə gedir.

 

Ərdoğan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşəcək.

O, İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında digər liderlərlə ikitərəfli danışıqlar aparacaq.

Birgə müqavilələr imzalanacaq

 

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov prezident Ərdoğanı paytaxt Aşqabadda rəsmi mərasimlə qarşılayacaq.

 

Təkbətək və nümayəndələr arası görüşlər olacaq. İkitərəfli münasibətlər bütün aspektlərdə müzakirə olunacaq.

 

Başda enerji, turizm və ticarət olmaqla bir çox məsələlər ətraflı müzakirə olunacaq.

 

Danışıqlardan sonra ikitərəfli sazişlər imzalanacaq.

 

İƏT ölkələrinin liderləri ilə ticarət əlaqələri qiymətləndiriləcək.

 

Prezident Ərdoğan Türkmənistan təmaslarının ikinci günündə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısına qatılacaq.

 

Türkiyənin qurucu üzvü olduğu təşkilatda ölkələr arasında ticarət əlaqələri müzakirə olunacaq.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!