Modern.az

Tələbə kreditləri hər kəs üçün əlçatan ola bilməz

Tələbə kreditləri hər kəs üçün əlçatan ola bilməz

27 Noyabr 2021, 14:26

“Biz deyə bilmərik ki, Amerika təcrübəsi necədirsə, həmin qaydaları Azərbaycanda tətbiq etməliyik. Azərbaycanın, Fransanın və ya digər ölkələrin öz reallıqları var. İlk dəfədir ki, belə bir addım atırıq. Zamanla qoyulan tələblər də təkmilləşəcək”.

 

Bu fikirləri Modern.az-a təhsil eksperti İlqar Orucov tələbə təhsil krediti ilə bağlı narazılıqlara münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, hər ölkə təhsil tələbə kreditini eyni meyar üzərindən verə bilməz:

 

“Dünəndən etibarən təhsil tələbə kreditinin verilməsinə başlanılıb. Bununla bağlı sosial şəbəkələrdə tələbələrin və ayrı-ayrı ekspertlərin narazılıqları oldu.

 

Biz uzun illərdir ki, təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı məsələni gündəmə gətirirdik. Əlbəttə ki, arzuolunandır ki, təhsil tələbə kreditləri hamı üçün əlçatan olsun. Amma bu kredit olduğu üçün başa düşmək olar ki, hər kəs üçün əlçatan ola bilməz. Bütün kreditlərin (xüsusi ilə bunu dövlət verir) öz şərtləri olur”.

 

 

O, qaydaların zamanla hər tələbəyə uyğun formalaşacağını vurğulayıb:

 

 

“Hər bir ölkənin bu məsələ ilə bağlı fərqli baxış bucağı var. Əlbəttə burada vahid məqsəd ondan ibarətdir ki, təhsil almaq istəyən gənclərə şərait yaradaq. Amma hər ölkə də eyni meyar üzərindən kredit verə bilməz. Dövlət hesabına təhsil alanların sayının artmasının mən də tərəfdarıyam.

 

Ola bilsin ki, kreditlərin verilməsində qoyulan şərtlər yüngülləşdirilsin. Amma biz deyək ki, bütün tələbələrin təhsil ödənişini dövlət qarşılasın. Bu ifadə də düz olmaz. Dövlətimiz nəyi nə zaman etmək lazım olduğunu bilir.

 

Düşünürəm ki, təhsil tələbə kreditindən xeyli sayda tələbə yararlana biləcək. Zaman-zaman qaydaların təkmilləşdirilməsi istiqamətində ciddi işlər gedəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi