Modern.az

Zaqatalada partlayış

Zaqatalada partlayış

28 Noyabr 2021, 16:28

Zaqatalada qaz sızmasından partlayış baş verib, üç nəfər xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, hadisə günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib. 

 

Belə ki, qəsəbə sakini, 1955-ci il təvəllüdlü Gülçöhrə Mahmud qızı Balakişiyevaya məxsus fərdi yaşayış evində qaz sızması səbəbindən partlayış olub.  

 

Anidən baş verən partlayış nəticəsində qaz sobasının yerləşdiyi otaqda olan Gülçöhrə Balakişiyeva, 1967-ci il təvəllüdlü Ramiz Tapdıq oğlu Umaxanov və 1957-ci il təvəllüdlü Abdurahman Araz oğlu Balakişiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hər üç yaralıya 2-3-cü dərəcəli termiki yanıq xəsarətləri dioqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi