Modern.az

Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI

Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI

29 Noyabr 2021, 18:05

44 günlük Vətən müharibəzi zamanı Şəkinin Baş Küngüt kəndinin yaşlı sakini Hikmət Musayevin öz təqaüdündən 180 manat pulu Silahlı Qüvvələrə Yardım  Fonduna ianə etməsi ilə hər kəsi riqqətə gətirmişdi.

Modern.az-ın məlumatına görə, bu günlərdə 70 yaşlı Hikmət Musayevin Şuşaya səfəri təşkil olunub.

Bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov bildirib

“Nurlu Hikmət babanın ən böyük arzusu çin oldu. O, 70 yaşını Şuşada qeyd etdi”,-deyə Z.Həsənov sosial şəbəkədə onunla şəklini paylaşıb.

Xatırladaq ki, H.Musayev ayda 230 manat pensiya alır. Müharibə zamanı Hikmət baba ayaqqabısının yırtıq olmasına rəğmən orduya ianə etməklə hamını təsirləndirmişdi. O zaman Hikmət baba təəccüblənənlərə "indi ayaqqabı almağın vaxtı deyil. Əsgərlərimizi düşünmək lazımdır. Canınız sağ olsun, belə şeylərə fikir verməyin",-deyə bildirmişdi.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi