Modern.az

Messi 7-ci dəfə \"Qızıl top\" mükafatını qazandı

Messi 7-ci dəfə \

30 Noyabr 2021, 07:45

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu mükafata Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

 

Argentinalı forvard karyerası ərzində 7-ci dəfə sözügedən titula sahib çıxıb.

 

Almaniya "Bavariya"sının polşalı forvardı Robert Levandovski 2-ci, İngiltərənin "Çelsi" klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. "Mançester Yunayted"də çıxış edən Kriştianu Ronaldu isə 6-cı olub.

 

Qeyd edək ki, Lionel Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top" mükafatını qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər