Modern.az

“Turist”in sahibinə cinayət işi açıldı

“Turist”in sahibinə cinayət işi açıldı

1 Dekabr 2021, 10:13

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranda pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, yoxlamalar zamanı “Turist” restoranına baxış keçirilən zaman təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, masalararası məsafənin gözlənilmədiyi, eləcə də xidmət personalının tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

 

Karantin rejimi tələblərinin pozulması ilə əlaqədar obyekti sahibi Həsən Allahverdiyev barəsində Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Qeyd edək ki, həmin obyektdə bir müddət öncə də qayda və tələblərə laqeyd yanaşıldığından restoranı işlədən şəxs 4000 manat məbləğində cərimə edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu