Modern.az

Milli Məclis nikah rüsumlarını da artırdı

Milli Məclis nikah rüsumlarını da artırdı

3 Dekabr 2021, 12:31

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, dəyişikliklə nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.

 

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilir.

 

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?