Modern.az

Ermənistanda da ombudsman qadın ola bilər

Ermənistanda da ombudsman qadın ola bilər

Aktual

4 Dekabr 2021, 08:55

Ermənistanda ombudsman vəzifəsinə qadın gətirilə bilər. Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə parlamentin deputatları bildiriblər.

Məlumata görə, parlamentdəki “Mülki müqavilə” fraksiyasının növbəti iclasında hüquq müdafiəçisi vəzifəsinə Kristina Qriqoryanın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, hazırkı ombudsman Arman Tatoyanın fəaliyyət müddəti 2022-ci ilin fevralında başa çatır. Hökumət onun yerinə daha itaətkar birini gətirməyi planlaşdırır. Çünki A.Tatoyan daim baş nazir Nikol Paşinyanın əleyhinə çıxışlarla gündəmə gəlir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir